"Space" televiziyası Türkiyədə baş vermiş zəlzələlərin fəsadlarının aradan qaldırılması istiqamətində aparılan işlərlə bağlı qardaş ölkəyə ezam olunmuş yerli media qurumlarının və onların hadisə yerindəki əməkdaşlarının fəaliyyəti haqqında videoreportaj hazırlayıb.
Lent.az xəbər verir ki, sözügedən videoreportajda APA İnformasiya Agentliyinin Türkiyənin zəlzələ bölgəsinə ezam olunmuş 3 əməkdaşı – Səcuq Elçin, Tural Əsədi, Fariz Quliyevlə yanaşı, AzTV, İTV, Real TV və digər media qurumlarının müxbirlərinin də fəaliyyətindən bəhs olunub.
Reportajda Türkiyənin zəlzələ bölgəsinə ezam olunmuş APA əməkdaşlarının zəlzələ zamanı daha çox dağıntıların meydana gəldiyi Kahramanmaraş bölgəsində davamlı və operativ şəkildə fəaliyyət göstərdikləri vurğulanıb.
Qeyd olunub ki, AzTV, İTV, Real TV və bir sıra xəbər saytlarının əməkdaşları da Türkiyənin təbii fəlakət baş verən digər ərazilərindən həm axtarış-xilasetmə əməliyyatlarını, həm də təbii fəlakətdən sonra insanların hansı çətinliklərlə üz-üzə qalması barədə yüksək peşəkarlıqla materiallar hazırlayıb təqdim edirlər.
Bölgədəki media qurumları Azərbaycanın və dünyanın müxtəlif ölkələrinin qardaş Türkiyəyə göstərdiyi humanitar yardım xəbərlərini operativ formada çatdırırlar.
Daha ətraflı videoreportajdan izləyə bilərsiniz.
Qeyd edək ki, APA Media Qrupun 3 əməkdaşı Türkiyədə təbii fəlakət zonasında çalışır. APA İnformasiya Agentliyinin əməkdaşı Səlcuq Elçin və operatorumuz Fariz Quliyev Azərbaycan FHN-in xilasediciləri ilə birgə zəlzələnin episentri olan Kahramanmaraşa ezam olunub. Digər əməkdaşımız – APA-nın Türkiyə müxbiri Tural Əsədi isə zəlzələnin ağır təsirlərinə məruz qalmış bölgəsindədir.
Əməkdaşlarımız xilasetmə əməliyyatları barədə son məlumatları hadisə yerindən çatdırırlar.