“Alov qüllələri”nin qarşısında PARTLAYIŞ:  yaralılar var... - VİDEO
30 dekabr 2021 11:10 (UTC +04:00)

“Alov qüllələri”nin qarşısında PARTLAYIŞ: yaralılar var... - VİDEO

Bakıda qaz sızmasından partlayış olub.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Səbail rayonunda, “Alov qüllələri”nin qarşısında qeydə alınıb.

Orada yerləşən sütunun içindən keçən qaz xəttində partlayış olub, nəticədə 2 nəfər xəsarət alıb.

Xəsarət alanlar təcili yardım briqadası tərəfindən xəstəxanaya aparılıb. Hadisə zamanı bir neçə avtomobilə də ciddi ziyan dəyib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olub.

# 6030
avatar

Oxşar yazılar