Ölkəni tərk etmək istəyən minlərlə vətəndaşın axın etdiyi Kabul Beynəlxalq Hava Limanında ölənlərin sayı artır.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, indiyə olan məlumata görə, artıq 5 nəfər həyatını itirib. Həlak olanların ABŞ hərbiçilərinin açdığı atəş, yoxsa izdiham nəticəsində öldüyü hələlik məlum deyil.
Qeyd edək ki, yaxın əyalətlərə quru yolu ilə getmək istəyənlərin də nəqliyyat vasitəsi tapmaqda çətinlik çəkdikləri bildirilir.
***
saat 11:16
Amerikalı hərbçilər Kabil şəhərində yerləşən Həmid Karzay Beynəlxalq Hava Limanında atəş açıb.
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, silahlı insident nəticəsində bir neçə insanın həyatını itirdiyi bildirilir.
Məlumata görə, bir qrup insan hava limanında uçuş-eniş zolağına çıxdığından amerikalı əsgərlər atəş açmaq məcburiyyətində qalıb.
Sevinc Fərid