Seçkidə qanun pozuntusu törədənləri nə gözləyir? - Cəzaları açıqlandı - VİDEO
18 fevral 2020 20:15 (UTC +04:00)

Seçkidə qanun pozuntusu törədənləri nə gözləyir? - Cəzaları açıqlandı - VİDEO

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilərdən sonra Mərkəzi Seçki Komissiyası tərəfindən bəzi qanunsuz hallar aşkar edildi. Əldə olunan  qanun pozuntusu görüntülərinə görə ilk təşkil olunan iclasda 33, 35, 74 və 80 saylı dairələrin nəticələri ləğv edildi. Növbəti iclasda isə 34 saylı Xətai ikinci seçki dairəsinin 7 məntəqəsində nəticələr ləğv olundu. Bəs görək, həmin  qanun pozuntusunu törədənləri hansı cəzalar gözləyir?

Mövzu ilə bağlı Lent.az-a danışan hüquqşünas Şamil Paşayev Cinayət Məcəlləsinin 161-ci maddəsinə əsasən, hansı halların  qanun pozuntusu  və cinayət hesab olunduğuna aydınlıq gətirib.

Şamil Paşayevin sözlərinə görə, səsvermə prosesində qanunu pozanları 3 ilədək cəza gözləyir.

Həmsöhbətimiz Azərbaycanda daha çox rast gəlinən hallardan misallar çəkib.

Şamil Paşayev bu kimi hallara nəzarət baxımdan qanunvericilikdə boşluq olmadığını dedi. Qanun pozuntuları hallarının da daha çox sosial mediada yayıldığını bildirdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9919
avatar

Mehman Nəbiyev

Oxşar yazılar