8 yaşlı uşaq avtobus qaçırdı -  VİDEO
24 noyabr 2022 15:17 (UTC +04:00)

8 yaşlı uşaq avtobus qaçırdı - VİDEO

Avtomobillə bağlı qeyri-adi hadisə Anapada baş verib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, sakinlər “Ford Transit” markalı mikroavtobusun həyətdə qəribə şəkildə hərəkət etdiyini görüblər. Manevr zamanı dayanmış iki maşını vuran “Ford” hadisə şahidlərinin qışqırığına baxmayaraq hərəkətini davam etdirib.

Bu zaman kabinədə sürücü görünməyib. Axırda yoldan keçənlər sükan arxasında balaca oğlan görüblər. O, maşını yalnız qarşısında sıra ilə dayanmış avtomobillərə görə saxlayıb.

“Yetkinlik yaşına çatmayan şəxs müstəqil olaraq atasına məxsus park edilmiş avtomobilin salonuna daxil olub və açarları taparaq mühərriki işə salıb və ətrafda manevr etməyə başlayıb. İdarəetməni itirən uşaq dayanmış iki xarici avtomobillə toqquşmaqdan yayına bilməyib”, - məlumatda vurğulanır.

Uşağın atasına qarşı protokol tərtib edilib, hər iki ailə üzvü yetkinlik yaşına çatmayanlarla iş şöbəsinə aparılıb. Kişinin sözlərinə görə, psixi pozğunluğu olan oğul sadəcə olaraq nə etdiyini dərk etməyib.

Mətbuatın yazdığına görə, oğlanın uşaqlığı çətin keçib. İki il əvvəl Novorossiyskdə qonşular yuxarı mərtəbədə yerləşən mənzildən su axdığını görüblər.

Su basmış mənzildə altı yaşlı uşaq tapıblar. Bədənində qançırlar və dişləmə izləri olub. Uşaq beyin silkələnməsi və əzilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Daha sonra sadist ana məhkəməyə göndərilib, ata isə uşağı götürüb.

8 yaşlı uşaq avtobus qaçırdı

# 1404
avatar

Oxşar yazılar

43 ilin müəlliminin 7 illik sevgisi - VİDEO

43 ilin müəlliminin 7 illik sevgisi - VİDEO

2 dekabr 2022 , 14:23
İranın bu şəhərində küçə döyüşləri başladı, ölənlər var  - VİDEO

İranın bu şəhərində küçə döyüşləri başladı, ölənlər var - VİDEO

2 dekabr 2022 , 14:08
Rəşad Dağlının oğlu atasının bu  VİDEO sunu yaydı

Rəşad Dağlının oğlu atasının bu VİDEOsunu yaydı

2 dekabr 2022 , 11:00
Tələbələr arasında KÜTLƏVİ DAVA:  Polis işə qarışdı -  VİDEO

Tələbələr arasında KÜTLƏVİ DAVA: Polis işə qarışdı - VİDEO

1 dekabr 2022 , 22:00
Şirvanda KÜTLƏVİ HƏBSLƏR:  72 nəfər... - VİDEO

Şirvanda KÜTLƏVİ HƏBSLƏR: 72 nəfər... - VİDEO

1 dekabr 2022 , 17:28
Metroda yüksək səslə   danışan qadın BIÇAQLANDI - VİDEO

Metroda yüksək səslə danışan qadın BIÇAQLANDI - VİDEO

1 dekabr 2022 , 14:18
Dekabr ayında bürcünüz NƏ VƏD EDİR?  - VİDEO

Dekabr ayında bürcünüz NƏ VƏD EDİR? - VİDEO

1 dekabr 2022 , 00:15
Canlı yayımda  QALMAQAL:   Vəkilin üstünə su atdı - VİDEO

Canlı yayımda QALMAQAL: Vəkilin üstünə su atdı - VİDEO

30 noyabr 2022 , 21:10