Uşaqlarda qocalıq xəstəliyi nədir? - HƏKİM DANIŞDI
03 fevral 2023 12:01 (UTC +04:00)

Uşaqlarda qocalıq xəstəliyi nədir? - HƏKİM DANIŞDI

Həkim uşaqlarda geri dönüşü olmayan qocalıq xəstəliyindən danışıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, həkim Leonid Doronin bu xəstələyin 18 yaşdan kiçik uşaqlara da təsir etdiyini bildirib:

“ “Demens” adlı bu xəstəlik sadəcə yaşlılarda deyil, 18 yaşdan kiçik uşaqlara da təsir edə bilir”.

Həkimin sözlərinə görə, bir çox insanlar demensiyanı yaşla əlaqələndirirlər, çünki bu xəstəlikdən ən çox əziyyət çəkən yaşlılardır. Amma uşaqlara təsir edən xəstəliyin nadir bir forması var. Belə ki, xəstə uşaq disorientasiya olunur, emosiyaları, fiziki və zehni fəaliyyətini idarə edə bilmir. 

Beynəlxalq Alzheimer Təşkilatının məlumatına görə, təxminən 70 növ genetik anormallıq uşaqlarda demensiyanın inkişafına səbəb olur.

Xəstəlik neyronal seroid lipofusinoz (NCL) adlanan nadir genetik xəstəliklər qrupu ilə başlayır. Onlar mərkəzi sinir sistemində şiddətli neyrodegenerasiyaya səbəb olur və neyronlara güclü zərbə vururlar.

Həkim qeyd edib ki, uşaqlara təsir edən demensiyanın hələ də müalicəsi yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3036
avatar

Sevinc Fərid

Oxşar yazılar