Stüardessa uşağa "KitKat"  hədiyyə etdi - uçuş zamanı az qala öləcəkdi
13 noyabr 2025 16:58 (UTC +04:00)

Stüardessa uşağa "KitKat" hədiyyə etdi - uçuş zamanı az qala öləcəkdi

0

Amerikalı qadın Qatar Airways aviaşirkəti ilə bağlı məhkəməyə müraciət edib. Onun sözlərinə görə, stüardessa süd məhsullarına və qoz-fındığa qarşı ağır allergiyası olan üç yaşlı qızına xəbərdarlığa baxmayaraq KitKat şokoladı verib. Uşaq dərhal anafilaktik şok keçirib və təcili şəkildə xəstəxanaya çatdırılıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, hadisə bu ilin aprel ayında Vaşinqton–Doha istiqamətində uçan QR710 reysində baş verib.

Qızın anası Svata Nirokonda bildirib ki, qısa müddətlik tualetə getdiyi zaman stüardessadan uşağa göz-qulaq olmağı xahiş edib. Elə bu vaxt uşağa şokolad verilib. Ana qayıdanda övladının nəfəs ala bilmədiyini görü̈b. Onun sözlərinə görə, stüardessa narahatlığına gülüb və yardım çağırmayıb.

Ana uşağın həyatını özü xilas edib

Nirokonda dərhal özü ilə gətirdiyi EpiPen autoenjektoru ilə qızına adrenalin vurub. Buna baxmayaraq, ekipaj fövqəladə vəziyyət elan etməyib, tibbi bilikli sərnişinlərə müraciət etməyibyerüstü həkimlərlə əlaqəyə çıxmayıb. Bu addımlar uçuş zamanı ciddi allergik reaksiyalar üçün standart prosedur hesab olunur.

Qızcığaz təyyarə enəndən sonra özünə gəlib və ana-bala səyahəti davam etdirərək Hindistana gediblər. Lakin orada uşaqda təkrar allergik tutma baş verib və o, reanimasiyaya yerləşdirilib.

Ailə 5 milyon dollar tələb edir

Ailənin hüquqşünasları Virciniya ştatında məhkəməyə müraciət edərək, Monreal Konvensiyasına istinad ediblər. Bu sənədə görə, aviaşirkətlər uçuş zamanı sərnişinlərin sağlamlığına dəyən ziyana görə məsuliyyət daşıyır. Belə hallarda adətən maksimum təzminat təxminən 170 min dollar olur. Lakin Nirokonda hadisəni “sadə səhv deyil, kobud səhlənkarlıq” kimi qiymətləndirərək 5 milyon dollar tələb edir.

ABŞ-da EpiPen tələbləri ilə bağlı müzakirələr yenidən alovlanıb

Hadisə ABŞ-da yenidən geniş müzakirələrə səbəb olub. Səbəb isə Federal Aviasiya Administrasiyasının təyyarələrdə EpiPen autoenjektorlarını məcburi avadanlıq siyahısına daxil etməməsidir. Hazırda təyyarələrdə yalnız epinefrin ampulları olmalıdır, lakin onlar yalnız tibbi personal tərəfindən vurula bilər. Mütəxəssislər bu qaydanın ciddi risk yaratdığını və dəyişdirilməsinin vacibliyini vurğulayırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 356

Oxşar yazılar