Hamı onu axtarırdı - Nə zaman üzə çıxacaq? – UNUDULAN MƏMURLAR 
14 noyabr 2023 18:00 (UTC +04:00)

Hamı onu axtarırdı - Nə zaman üzə çıxacaq? – UNUDULAN MƏMURLAR 

Lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam etdirir.

Layihəmizdə bu dəfə Azərbaycanın sabiq səhiyyə naziri Oqtay Şirəliyevdən bəhs edəcəyik.

Şirəliyev Oqtay Kazım oğlu 1950-ci il avqustun 2-də Bakı şəhərində həkim ailəsində anadan olub.

O, 1967–1973-ci illər N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu "Müalicə işi" ixtisası üzrə bitirib. 1974-cü ildə isə Bakı şəhəri AR Daxili İşlər Nazirliyinin Hospitalında cərrah, 1977-ci ildə Moskva həkimləri Təkmilləşdirmə İnstitutun cərrahlıq üzrə kliniki ordinaturasına, 1978-ci ildə 1 Moskva Tibb İnstitutunun aspiranturasına daxil olub.

1992-ci ildə Moskva Onkologiya Mərkəzində doktorluq dissertasiyası müdafiə edərək SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə tibb elmləri doktoru elmi dərəcəsini alıb.

2003-cü ildə AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adı alıb.

1981-ci ildən Rentgenologiya, radiologiya və onkologiya ETİ-də böyük elmi işçi, bir ildən sonra Respublika endoskopiya Mərkəzinin rəhbəri olub.

Oktay Şirəliyev 1983–1988-ci illərdə AR Səhiyyə Nazirliyinin Elmi şöbəsinin rəisi olub. 1988-ci ildə Respublika Diaqnostika Mərkəzinin direktoru vəzifəsinə təyin olunub.
100-dən artıq elmi məqalənin, 3 monoqrafiyanın, 13 ixtira və səmərələşdirici təkliflərin müəllifidir.

Eyni zamanda 1991–2005-ci illər ərzində Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda dosent, professor, kafedra müdiri vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 20 oktyabr 2005-ci il tarixli Sərəncamı ilə Oqtay Şirəliyev Azərbaycan Respublikasının Səhiyyə naziri təyin edilib.

O, nazir səlahiyyətində olarkən həmçinin bir sıra vəzifələrdə də çalışıb. 

Belə ki, sabiq nazir 2005–2008-ci illər üzrə Ümumdünya Səhiyyə Təşkilatının İcraiyyə Komitəsinin üzvü, 2007–2008-ci illər ÜSTİK-nin vitse-prezidenti vəzifəsini icra edib.

Daha sonra - 2009–2012-ci illər üçün ÜST Avropa Regionu Daimi Komitəsinin üzvü seçilib.

2015-ci il avqust ayının 12-də Səhiyyənin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunub. 

Oqtay Şirəliyev 2021-ci ilin aprel ayında səhiyyə naziri vəzifəsindən azad edilib. Fəaliyyətinin son illərində sabiq nazir ciddi tənqid olunurdu. Hətta bu tənqidlərə deputatlar da qoşulurdu. O, hələ vəzifədə olarkən Millət vəkili Aqil Abbasın sərt tənqidinə tuş gəldi. Deputat naziri ciddi qınayır, sonra da belə sonluq verirdi: 

“Belə getsə yəqin ki, Səhiyyə Nazirliyi də ləğv olunacaq, onun tabeliyində olan qurumlar müstəqil təşkilat olacaq və Oqtay Şirəliyev daha səhiyyə nazirinin maaşını ala bilməyəcək”.

Oqtay müəllimi tənqid edənlərin əsas sualları da bunlar idi - Səhiyyə naziri hardadır? Nə zaman üzə çıxacaq? Nəyi gözləyir?

Sabiq nazir hazırda Yeni Azərbaycan Partiyasının üzvüdür. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10851
avatar

Arzu Qurbanlı

Oxşar yazılar