Təyyarədə səyahət zamanı heç kim tualetə gedərkən qorunmur. Lakin təyyarədə tualet kağızından istifadədən imtina etmək məsləhət görülür.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, stüardessa bunun səbəbini izah edib.
"Mən təyyarələrdə tualet kağızından istifadə etmirəm. Əgər tualet kağızını yoxlasanız, söz verirəm ki, üzərində su damcıları görəcəksiniz. Mən düşünmürəm ki, biz kişilərə güvənə bilərik”.
O, təyyarədə şortik geyinməməyi də tövsiyə edib. Ona görə ki, kondisioner daim işlək vəziyyətdədirsə, yayda ayaqlarınızın donmasına, qışda isə sürtünmə yanıqlarına səbəb ola bilər.