Dünyanın bütün guşələrini  gəzmək üçün  qeyri-adi üsul tapdı
23 avqust 2024 16:31 (UTC +04:00)

Dünyanın bütün guşələrini gəzmək üçün qeyri-adi üsul tapdı

53 yaşlı Lizzi Cyr çoxsaylı səyahətləri sayəsində 65 min dollar qənaət etməyi bacarıb. Qadın qeydiyyatdan keçmiş istifadəçilərin qonaq qəbul etməklə xal qazandığı və toplanmış xalları öz səfərləri üçün istifadə edə biləcəyi "HomeExchange" ev mübadiləsi platformasının aktiv istifadəçisidir.
Bu barədə Mirror xəbər verir .

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu illər ərzində Lizzi Melburndan tutmuş Barselonaya qədər bir çox yerə baş çəkib.

"Mən 50-yə yaxın səfərdə olmuşam - həftə sonlarından iki həftəyə qədər Balidə, burada şəxsi hovuzu olan gözəl iki otaqlı villamız və gündəlik səhər yeməyi hazırlayan bir xadiməmiz var idi. Yoldaşım və mən indi Sinqapurda yaşayırıq. Keçən il Londondan buraya köçdük, biz Asiya və Avstraliyanı araşdırmaq fürsətindən həzz alırıq”, - turist bildirib.

Britaniyalı qadın həm də səyahətləri zamanı maraqlı insanlarla tanış olmaq üçün unikal fürsət əldə edib. İndi o, hər kəsə bu üsulundan istifadə edərək dünyanı gəzməyi sınamağı məsləhət görür: “Biz Venesiyada kiçik və rütubətli otaqdan tutmuş Qərbi Avstraliyada böyük hovuzu olan beş otaqlı evə qədər müxtəlif yerlərdə qalmışıq ilk dəfə ev dəyişdirəndə, çox qəribə hisslər var, çünki evinizdə tamamilə yad adamlar yaşayır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1602
avatar

Fidan İlqar

Oxşar yazılar