Bu yay  təyyarə ilə səyahət   üçün ən pis vaxt AÇIQLANDI
23 aprel 2025 14:33 (UTC +04:00)

Bu yay təyyarə ilə səyahət üçün ən pis vaxt AÇIQLANDI

Ekspert həmçinin bu yay ən çətin vəziyyətin hansı hava limanlarında yaşanacağını da açıqlayıb.

Yay mövsümündə hava limanlarında xaos gözlənilir?

Lent.az xarici mediaya istinadla bununla bağlı maraqlı məqamları təqdim edir:

Yayda tətil mövsümünün qızğın dövrü adətən dünya üzrə hava limanlarında xaosa səbəb olur – çünki personal çoxsaylı səyahətçilərin öhdəsindən gələ bilmir. Bu isə gecikmələrə, hətta reyslərin ləğvinə gətirib çıxarır.

Səyahət mütəxəssisi Reyçel Mamford - KAYAK istirahət bronlama platformasından - yaydakı səyahət stressindən qorunmaq üçün bir neçə faydalı məsləhət paylaşıb.

İlk növbədə o vurğulayıb ki, yayda problemsiz səyahət üçün ən yaxşı vaxt gec yaz mövsümüdür.

“Əgər təyinat yerinə vaxtında çatmaq istəyirsinizsə, may ayı ideal aydır. Keçən il bu dövrdə reyslərin yalnız 31%-i gecikmişdi, halbuki iyul və sentyabr aylarında bu rəqəm 44 faiz idi”.

İyulda uçmaq məcburiyyətində olanlara xəbərdarlıq

Əgər turist iyul ayında uçmalı olacaqsa, bəzi tarixlərdən uzaq durmaq tövsiyə edilir: 17 və 29 iyul – keçən il bu tarixlərdə aviabiletlər ən bahalı idi. 1 avqust – gözlənilir ki, ilin ən sıx uçuş günü olacaq. Alternativ tarix seçmək daha az sıxlıqla üzləşməyə imkan verəcək.

Erkən reyslər – ən təhlükəsiz seçim

Mamford bildirir ki, səhər erkən uçuş seçmək gecikmələrdən qaçmağın ən yaxşı yollarından biridir. KAYAK-ın tədqiqatına görə, saat 05:00-da yola düşən reyslərin cəmi 15 faizi gecikmişdi, halbuki günün 14:00-20:00 arası reyslərində bu göstərici 51 faizə çatırdı.

“Ən ideal variant – saat 07:00-dan əvvəl yola düşməkdir. Əgər bu sizin qrafikinizə uyğun deyilsə, günorta və axşam uçuşlarından qaçmağa çalışın. Beynəlxalq uçuşlar üçünsə, mümkün olduqda, səhər saat 05:00 reysini seçin. Bu, gecə saat 21:00-22:00 arasındakı reyslərdən daha sərfəli və təhlükəsizdir”.

Böyük hava limanlarından keçənlərə xəbərdarlıq

Əgər səyahətçi yalnız böyük və sıx hava limanlarından uçmaq məcburiyyətindədirsə, gecikmə ehtimalını nəzərə alaraq transfer üçün kifayət qədər vaxt ayırmaq tövsiyə olunur. Qitələrarası uçuşlar üçün isə daha kiçik hava limanlarından istifadə edin və ya birbaşa reyslərə üstünlük verin ki, transfer riskindən qaça biləsiniz.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 408

Oxşar yazılar