Avropanın ən qonaqpərvər yeri
08 sentyabr 2025 17:21 (UTC +04:00)

Avropanın ən qonaqpərvər yeri

0

Avropanın ən qonaqpərvər yeri Yunanıstanın Siros adasında yerləşən Ermupolis şəhəri seçilib.

Lent.az bu şəhərlə bağlı məlumatları təqdim edir:

Niyə məhz Ermupolis?

Turistlər bildirirlər ki, yerli sakinlər xüsusilə mehriban və qonaqpərvərdirlər, əcnəbilərə daim kömək edir, məsləhətlər verirlər. Ermupolis klassik çimərlik kurortu olmasa da, ora gedən səyahətçilər böyük məmnuniyyətlə yenidən qayıdırlar.

Ermupolis haqqında maraqlı faktlar

Şəhər Kiklad adalar qrupunun inzibati mərkəzidir. XIX əsrdə, Yunan inqilabı dövründə salınıb və qısa müddətdə sənaye və ticarət mərkəzinə çevrilib. Bu gün isə zəngin memarlığı və mədəniyyəti ilə tanınır:

Siros Arxeologiya Muzeyi

Apollon Teatrı

Ermupolis Mədəniyyət Mərkəzi

Adada həmçinin çoxlu gözəl və sakit çimərliklər var.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 534

Oxşar yazılar