2026-cı ilin tətil üçün ən yaxşı ayı
20 dekabr 2025 11:19 (UTC +04:00)

2026-cı ilin tətil üçün ən yaxşı ayı

0

Avropada son illərdə yay aylarında müşahidə olunan ekstremal istilər, həmçinin sıx turist axını və yüksək qiymətlər insanları alternativ istirahət vaxtı axtarmağa vadar edir. Bütün bunlar sentyabr ayını yeni “ideal məzuniyyət dövrü”nə çevirib.

Lent.az xəbər verir ki, “Travel Trends Report 2026” araşdırmasına əsasən, getdikcə daha çox səyahətçi məzuniyyət üçün ən əlverişli ayın məhz sentyabr olduğunu düşünür. Mütəxəssislər bu tendensiyanın 2026-cı ildə də güclənəcəyini proqnozlaşdırırlar.

Sorğunun nəticələrinə görə, respondentlərin 24 faizi 2026-cı ildə məzuniyyətini sentyabrda keçirmək niyyətindədir. Bu, 2023-cü illə müqayisədə 7 faiz artım deməkdir. Qeyd edək ki, 2023-cü ildə ən populyar məzuniyyət ayı may idi.

Analitiklər bildirirlər ki, payıza səyahət marağı bütün yaş qruplarında artır. Ən böyük göstərici 55–64 yaşlılarda (29%) və 65 yaşdan yuxarı şəxslərdə (35%) müşahidə olunur. Ən diqqətçəkən artım isə gənclər arasında qeydə alınıb: 18–24 yaşlılar arasında göstərici 11%-dən 17%-ə, 35–44 yaşlılar arasında isə 12%-dən 20%-ə yüksəlib.

Mütəxəssislər əlavə edirlər ki, uşağı olmayanlar sentyabrı daha cazibədar hesab edirlər. Çünki məktəb mövsümü başlayır, hava hələ də isti olur, lakin ailəvi turistlərin sayı nəzərəçarpacaq dərəcədə azalır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 204

Oxşar yazılar