Yığcam qatlana bilən smartfonlar  buraxılacaq
23 may 2023 12:52 (UTC +04:00)

Yığcam qatlana bilən smartfonlar buraxılacaq

“Sony” şirkəti qatlanan ekranlı yığcam telefonlar buraxacaq. 

Lent.az xəbər verir ki, bu barədə Çinin “ITHome” nəşri məlumat yayıb.

Belə ki, “Sony” şirkəti kiçik ekranlı qatlana bilən smartfon üzərində işə başlayıb. 

Displeyin ölçüləri hələlik açıqlanmır. Cihaz Sony seriyasında ilk qatlana bilən smartfon olacaq. 

Məlumata görə, qurğu kiçik diaqonallı “Compact” displeyli smartfonlar cərgəsindədir. Bu seriyanın ən son qadceti“Xperia XZ2 Compact” idi. Bu isə 5 düymlük ekranlı cihaz 2018-ci ildə buraxılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3633
avatar

Sevinc Fərid

Oxşar yazılar