Yeni TikTok trendi uşaqları kütləvi şəkildə xəstəxanalıq edir - Reanimasiyadadırlar
13 may 2026 10:38 (UTC +04:00)

Yeni TikTok trendi uşaqları kütləvi şəkildə xəstəxanalıq edir - Reanimasiyadadırlar

1

Sosial şəbəkələrdə, xüsusilə TikTok platformasında yayılan yeni trend mütəxəssisləri ciddi narahat edir. Təhlükəsizlik üzrə ekspertlər və həkimlər valideynlərə təcili xəbərdarlıq edərək bildirirlər ki, bu cür çağırışlar uşaqlar üçün həyati təhlükə yaradır və onların qarşısı vaxtında alınmalıdır.

Lent.az xəbər verirki, xarici mediada yayılan məlumata görə, yeniyetmələr arasında populyarlaşan trenddə istifadəçilər yumşaq və ya antistress oyuncaqları mikrodalğalı sobaya qoyaraq daha yumşaq etmək kimi tövsiyə verirlər. Lakin bu təcrübə son dərəcə təhlükəlidir, çünki bu tip oyuncaqların içində geləbənzər maddə olur və qızdırıldıqda partlayaraq ətrafa qaynar, yapışqan kütlə saçır.

Artıq bu trendin ağır nəticələri də qeydə alınıb. Məlumata görə, 9 yaşlı bir uşaq üz nahiyəsindən ciddi yanıq xəsarətləri alıb. Daha ağır hadisə isə ABŞ-ın Missuri ştatında baş verib. 7 yaşlı qızcığaz mikrodalğalı sobada qızdırılmış oyuncağın partlaması nəticəsində ağır yanıq xəsarətləri alıb və həkimlər onu süni komaya salmalı olub. Bildirilir ki, qızın vəziyyəti o qədər ciddi olub ki, tənəffüs yollarının bağlanması riski yaranıb.

Oxşar hadisələrin Böyük Britaniyada da baş verdiyi qeyd olunur. Valideynlərdən biri bildirib ki, onun 10 yaşlı qızı sadəcə 30 saniyəlik qızdırmadan sonra ciddi yanıq xəsarətləri alıb və həkimlər uzun müddət günəşdən uzaq qalmağı tövsiyə ediblər.

Mütəxəssislər bildirirlər ki, problem təkcə bir trend deyil, ümumilikdə uşaqların sosial şəbəkələrdə gördüklərini düşünmədən təkrarlamasıdır. Onların sözlərinə görə, mikrodalğalı sobalar məişət cihazıdır və düzgün istifadə olunmadıqda ciddi fəsadlara səbəb ola bilər. Oyuncaqlar isə ümumiyyətlə qızdırılmaq üçün nəzərdə tutulmayıb və bu cür müdaxilə həm partlayışa, həm də yanğına səbəb ola bilər.

Ekspertlər valideynlərə övladları ilə açıq şəkildə danışmağı, internetdə gördükləri məzmunun təhlükəli ola biləcəyini izah etməyi tövsiyə edir. Eyni zamanda, bu cür videoların yayılmasının qarşısını almaq üçün platformalar tərəfindən də nəzarətin gücləndirilməsi vacib sayılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 300

Oxşar yazılar