Yeni sosial şəbəkə yaranır
11 mart 2023 02:10 (UTC +04:00)

Yeni sosial şəbəkə yaranır

Amerikanın “Meta” şirkəti yeni sosial şəbəkənin yaradılması üzərində işləyir.

Lent.az xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) məlumat yayıb.

“Biz insanlara real vaxt rejimində yazılı mesajlar mübadiləsi etməyə imkan verəcək mərkəzləşdirilməmiş müstəqil sosial şəbəkənin yaradılmasını nəzərdən keçiririk", - deyə şirkətin agentliyə təqdim etdiyi bəyanatda bildirilir.

“Platformer” nəşrinin məlumatına görə, sosial şəbəkə ilkin mərhələdədir və onun istifadəyə verilmə tarixi barədə məlumat yoxdur.

# 2694
avatar

Oxşar yazılar