Yeni smart saatı gəlir - Özəllikləri nədir?
24 oktyabr 2023 10:19 (UTC +04:00)

Yeni smart saatı gəlir - Özəllikləri nədir?

Xiaomi artıq rəsmi şəkildə elan edib ki, Xiaomi 14 smartfon seriyası ilə HyperOS istifadəçi interfeysi 26 oktyabr tarixində təqdim olunacaqlar.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, lakin 26 oktyabr tarixində Xiaomi tərəfindən təqdim olunacaq yeni məhsullar təkcə bunlar olmayacaq. Belə ki, şirkət həmçinin yeni smart saatının da təqdimatını anons edib. Söhbət, Xiaomi Watch S3 adlı smart saatdan gedir. Şirkət sözügedən smart saatın posterini Çinin Weibo adlı sosial şəbəkəsindəki hesabında paylaşıb. Posterdən də görmək olar ki, smart saat dairəvi formalı ekranı əldə edəcək və ümumilikdə o, ənənəvi dizaynı özündə birləşdirəcək. Bəzi məlumatlara əsasən Xiaomi Watch S3 LTE dəstəyinə sahib olacaq.

# 3639
avatar

Oxşar yazılar