Yaddaş itkisi və altsheymer olanların əlacı tapılıb
01 avqust 2021 14:52 (UTC +04:00)

Yaddaş itkisi və altsheymer olanların əlacı tapılıb

Yaşlanmaqla ortaya çıxan yaddaş itkisinin qarşısı alınacaq.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, İngiltərədəki Kembric (Cambridge) və Lids (Leeds) universitetlərinin alimləri beynin hüceyrə xarici matrisasında dəyişikliklərin yaşlanma ilə birlikdə yaddaş itkisinə də gətirib çıxardığını, ancaq bunları genetik müalicələr vasitəsilə tərsinə çevirmənin mümkün olduğunu bildiriblər.

Araşdırmacılar çox yaşlı olaraq qəbul edilən 20 aylıq siçanların 6 aylıq siçanlarla müqayisədə yaddaşlarında əskikliklər olduğunu ortaya çıxarıb. Elmi qrup yaşlanan siçanları bir viral vektor istifadə edərək müalicə edib və yaşlı siçanlarda yaddaşın yenidən yaxşılaşdığı öyrənilib. Müalicə, eyni zamanda onurğa iliyi yaralanmasında da yaxşılaşmanı təmin edir.

Bu elmi araşdırma yaddaş itkisi yaşayan insanlar və altsheymer (alzheimer) xəstələri üçün böyük bir ümiddir.

Alimlər ağız yoluyla alınan və insan istifadəsi üçün lisenziyalı potensial bir dərmanı artıq hazırlayıblar.

# 3819
avatar

Oxşar yazılar