Xiaominin yeni seriyası necə olacaq?
18 oktyabr 2023 17:24 (UTC +04:00)

Xiaominin yeni seriyası necə olacaq?

0

Smartfon bazarının aparıcı adlarından biri olan Xiaomi şirkəti, Xiaomi 14 seriyası üçün hazırlıqlara başlayıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, kamera dizaynına əlavə olaraq, Xiaomi 14 seriyası Snapdragon 8 Gen 3 çipsetindən hazırlanıb. Xiaomi, flaqman çipi əsasında smartfon buraxan ilk şirkət olacaq. 

Xiaomi 14 xüsusiyyətləri:

Ekran: 6.44" OLED, 12-bit, 1.5K, 120Hz, 2800 nits, Dolby Vision, HDR10+
Yaddaş: LPDDR5x RAM, UFS 4 ROM (həcmi hələ məlum deyil).
Kamera: 50 MP (əsas), 50 MP (ultra geniş), 50 MP (telefoto)
Batareya: 4600mAh, 90W simli sürətli doldurma, 50W simsiz, 10W tərs
Əsas kamera 50/1" formatında OmniVision OV1.28H sensoru alacaq. Şəkildə həmçinin VC maye soyutma sistemi və IP68 suya davamlılığı qeyd olunur.

Qeyd edək ki, bu smartfon həmçinin dünyanın ən parlaq ekranına sahib olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5347

Oxşar yazılar