“Xiaomi” və “Redmi”yə  zərbə: “Samsung”dan yeni ucuz telefon
23 sentyabr 2024 10:31 (UTC +04:00)

“Xiaomi” və “Redmi”yə zərbə: “Samsung”dan yeni ucuz telefon

“Samsung Galaxy A15”in buraxılışından təxminən bir il keçib . Bu o deməkdir ki, şirkət tezliklə öz yeni büdcə modelini təqdim edəcək.

Lent.az-ın xarici mediaya istinadən çəlumatına görə, “Galaxy A16” onu sərfəli Android cihazları bazarında unikal gizli üstünlüklərə malik olacaq.

Beləliklə, “Galaxy A16” Android 14 ilə buraxılsa, onun son yeniləməsi 2030-cu ildə Android 20 yeniləməsini də əldə edə bilər. Bu, əksər giriş səviyyəli cihazların adətən maksimum üç əsas ƏS yeniləməsini aldığı Android dünyasında görünməmiş bir addım olacaq.

Hal-hazırda, yalnız ən son “Google Pixel”, flaqman “Galaxy S24” və qatlana bilən “Z Fold/Filp 6”nın belə uzun yeniləmə dəstək müddəti var. “Galaxy A16”nın qiymətinin 199 dollar olacağı ehtimal olunur. 

Bildirilir ki, “Galaxy A16”  seriyası “Xiaomi” və “Redmi” modellərinə əsaslı rəqib olacaq

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 27021
avatar

Sevinc Fərid

Oxşar yazılar