“Xiaomi” ilk qatlanan  telefonunu Avropaya gətirdi - QİYMƏT
02 oktyabr 2024 12:24 (UTC +04:00)

“Xiaomi” ilk qatlanan telefonunu Avropaya gətirdi - QİYMƏT

“Xiaomi” özünün ilk qatlana bilən smartfonu “Mix Flip”i Avropada rəsmi olaraq təqdim edib. 

Lent.az xəbər verir ki, bu modelin hələ iyul ayında Çində təqdimatı edilmişdi. Ancaq qlobal premyerasına yenicə başlanılıb. 

Cihaz “Samsung” və “Motorola”nın rəqib təkliflərindən daha bahalı olub. Ancaq onun özünəməxsus xüsusiyyətləri də var.

Bildirilir ki, Çində satışların əvvəlində 12 GB RAM və 256 GB daxili yaddaşa malik ilkin versiya 730 avroya təklif edilirdisə, Avropada yeganə “Mix Flip” konfiqurasiyası 12 GB+ 512 GB-ın qiyməti 1300 avrodur.

Analitiklərin fikrincə, belə bir qiymət etiketi ilə Çin nəhəngi artıq analoqlarını təqdim edən “Samsung” və “Motorola”dan sərt rəqabətlə üzləşəcək. Avropada isə “Xiaomi” qatlanan telefonlardan daha ucuzdur. Məsələn, Avropada  “Galaxy Z Flip 6”  qapağı 1099 avrodan təklif olunur.

Bununla belə, yeni “Xiaomi” məhsulu eyni zamanda bazarda ən böyük xarici ekrana (4,01 düym), güclü soyutma sisteminə və təkmilləşdirilmiş menteşəyə malikdir. Bundan əlavə, cihaz çox nazikdir - açıldıqda 7,8 mm, qatlananda isə 15,99 mm-dir. 

“Xiaomi Mix Flip” xüsusiyyətləri: 

Ekran: 6.86" OLED, 1.5K, 460 ppi, 1-120 Hz, PWM 2160 Hz, 3000 nit-ə qədər (əsas); 4.01", OLED, 1.5K, 460 ppi, 120 Hz, 3000-ə qədər xarici ). Hər ikisi göz qorunması və HDR texnologiyalarını dəstəkləyir.

Prosessor: 8 nüvəli Snapdragon 8 Gen 3.

Kameralar: 50 MP (əsas), 50 MP (telefoto), 32 MP (ön).

Batareya: 4780 mAh, sürətli 67 vatt adapter ilə gəlir.

ƏS: Android 14 (HyperOS).

Bu yaxınlarda “Xiaomi” məşhur “Redmi Note 14” seriyasını yeni dizayn və balanslaşdırılmış aparatla təqdim edib. Bu seriyada ilk dəfə olaraq IP69 mühafizəsi almış “Note 14 Pro+” versiyası xüsusi maraq doğurur.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 546
avatar

Sevinc Fərid

Oxşar yazılar