“Microsoft”un 2023-cü ilin mart ayından etibarən buraxdığı “Windows 11” üçün məcburi yeniləmələr bəzi kompüterlərdə SSD-ləri ciddi şəkildə yavaşladır.
Lent.az xəbər verir ki, yeniləmələr SSD-ləri o qədər ləngidir ki, istifadəçilər yalnız böyük həcmdə faylları bir kataloqdan digərinə köçürərkən deyil, həm də əsas tapşırıqları yerinə yetirərkən problemlərlə üzləşirlər.
PC-nin işə salınması və oyunların başlama sürəti də əziyyət çəkir.
Bir çox istifadəçi bu problemlə bağlı fikirlərini onlayn olaraq paylaşıb. Bəziləri yeniləmələri quraşdırmadan əvvəl və sonra “CrystalDiskMark” proqramında SSD test nəticələrinin ekran görüntülərini yerləşdirməklə sözlərini təsdiqləyir.
Onların fikrincə, bəzi hallarda diskin sürəti 7000 MB/s-dən 1000 MB/s-ə, yəni 7 dəfəyə qədər düşür.