"Whatsapp"ın dizaynı dəyişəcək - Yeni versiya
06 may 2023 11:43 (UTC +04:00)

"Whatsapp"ın dizaynı dəyişəcək - Yeni versiya

"WhatsApp" messencerinin Android versiyasının dizaynı bir neçə ildən sonra ilk dəfə olaraq dəyişdirilir.

Lent.az "WABetaInfo"a istinadən xəbər verir ki, yeni dizayn daha çox proqramın iOS versiyasına bənzəyəcək.

Tətbiqin dizaynında və interfeysində dəyişikliklər 2.23.8.4 beta versiyasının istifadəçiləri tərəfindən müşahidə edilib. Onlar həmçinin ekranın altındakı yeni naviqasiya paneli ilə proqramın interfeysini göstərən ana səhifənin ekran görüntüsünü paylaşıblar.

Tərtibatçıların fikrincə, dizaynın yeni versiyası istifadəçilərin messencerdə tablar arasında keçidini asanlaşdıracaq.

Məlumata görə, "WhatsApp"ın Android versiyasının istifadəçiləri illərdir tərtibatçılardan proqramın dizaynını yeniləməyi xahiş edirdilər.

Hələ ki, yenilik yalnız bəzi beta testerlər üçün əlçatandır. Lakin yaxın gələcəkdə yeniliyin bütün versiyalar üçün aktiv olacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5548

Oxşar yazılar

Smartfon çantada niyə qızır: SƏBƏB

Smartfon çantada niyə qızır: SƏBƏB

5 may 2025 , 12:52
Wi-Fi, haradasan?  Smartfonunuzun yoxa çıxan bağlantısının  sirri açılır

Wi-Fi, haradasan? Smartfonunuzun yoxa çıxan bağlantısının sirri açılır

5 may 2025 , 11:56
"Skype" fəaliyyətini dayandırdı

"Skype" fəaliyyətini dayandırdı

5 may 2025 , 10:54
“Skype” bağlanır – Yerinə bu proqram gələcək

“Skype” bağlanır – Yerinə bu proqram gələcək

5 may 2025 , 04:42
Bu xüsusi “Mustang” dan sadəcə 5 ədəddir - FOTO

Bu xüsusi “Mustang”dan sadəcə 5 ədəddir - FOTO

5 may 2025 , 02:04
“WhatsApp”da bir uğur - 3 milyardı ötdü

“WhatsApp”da bir uğur - 3 milyardı ötdü

5 may 2025 , 01:07
“Uber” robot taksilərə  keçir

“Uber” robot taksilərə keçir

3 may 2025 , 18:48
Bu gizli kod telefonunuzu 10 dəfə sürətli edəcək

Bu gizli kod telefonunuzu 10 dəfə sürətli edəcək

3 may 2025 , 14:45