“Whatsapp”dan yararlı yenilik  - Bir neçə cihaza qoşulmaq olacaq
26 aprel 2023 18:12 (UTC +04:00)

“Whatsapp”dan yararlı yenilik - Bir neçə cihaza qoşulmaq olacaq

“WhatsApp” indi birdən çox cihazda bir hesabdan istifadə etməyə imkan verir. 

Lent.az xəbər verir ki, bu barədə tətbiqin rəsmi hesabında məlumat verilib. 

Bildirilir ki, indi dörd cihazda eyni hesabı aktivləşdirmək olar. 

“Telefonların əlavə qurğu kimi bağlanması sayəsində yazışmalar daha rahat olacaq. Bundan əlavə, siz hesabınızdan çıxmadan telefonlar arasında keçid edə və dərhal yazışmaları davam etdirə biləcəksiniz”, - şirkət nümayəndələri deyiblər. 

Artıq hər bir cihaz “WhatsApp”a ayrıca qoşulur. Buna görə də istifadəçilərin şəxsi mesajları, faylları və zəngləri başdan-başa şifrələmə ilə qorunur.

Qeyd edək ki, bu funksiya uzun vaxtdır sınaq müddətində idi. İndi isə artıq aktivləşdirilib. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2618

Oxşar yazılar

Paltaryuyan maşını pis qoxudan  və kifdən necə xilas etməli?

Paltaryuyan maşını pis qoxudan və kifdən necə xilas etməli?

5 may 2025 , 14:53
Smartfon çantada niyə qızır: SƏBƏB

Smartfon çantada niyə qızır: SƏBƏB

5 may 2025 , 12:52
Wi-Fi, haradasan?  Smartfonunuzun yoxa çıxan bağlantısının  sirri açılır

Wi-Fi, haradasan? Smartfonunuzun yoxa çıxan bağlantısının sirri açılır

5 may 2025 , 11:56
"Skype" fəaliyyətini dayandırdı

"Skype" fəaliyyətini dayandırdı

5 may 2025 , 10:54
“Skype” bağlanır – Yerinə bu proqram gələcək

“Skype” bağlanır – Yerinə bu proqram gələcək

5 may 2025 , 04:42
Bu xüsusi “Mustang” dan sadəcə 5 ədəddir - FOTO

Bu xüsusi “Mustang”dan sadəcə 5 ədəddir - FOTO

5 may 2025 , 02:04
“WhatsApp”da bir uğur - 3 milyardı ötdü

“WhatsApp”da bir uğur - 3 milyardı ötdü

5 may 2025 , 01:07
“Uber” robot taksilərə  keçir

“Uber” robot taksilərə keçir

3 may 2025 , 18:48