“WhatsApp”dan “iPhone”lar  üçün yeni funksiya
08 avqust 2023 19:02 (UTC +04:00)

“WhatsApp”dan “iPhone”lar üçün yeni funksiya

“WhatsApp” messencerinin iOS versiyasıları üçün yeni funksiya təqdim edib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, messencerdə göndərilən foto və videoları redaktə etməyə imkan verəcək.

Portalın məlumatına görə, indi iPhone sahibləri foto və videoların təsvirini göndərdikdən sonra 15 dəqiqə ərzində dəyişə biləcəklər. Əvvəllər faylları göndərdikdən sonra düzəliş etmək imkanı yox idi.

Bu funksiyanın hesabınızda aktiv olub-olmadığını yoxlamaq üçün sadəcə olaraq son atılmış multimedia mesajını basıb saxlayın.

Bu funksiya “App Store”dan 23.16.72 yeniləməsini endirdikdən sonra əksər istifadəçilər üçün əlçatan olub.

Yeniləmə bir sıra qrafik dəyişiklikləri də əhatə edir. Mütəxəssislərin fikrincə, Android əməliyyat sistemi əsasında işləyən smartfonlar üçün bu funksiyanın nə qədər tez ortaya çıxacağı barədə hələlik məlumat yoxdur.

# 3171
avatar

Sevinc Fərid

Oxşar yazılar