
"WhatsApp"dan "Facebook"la bağlı açıqlama: "Görünməyəcək"
"WhatsApp" messencerinin rəhbərliyi yeni məxfilik siyasətinin bu xidmətə sahib olan "Facebook" şirkətinin istifadəçilərinin yazışmalarına və əlaqə siyahılarına daxil olmasına icazə vermədiyini açıqlayıb.
"APA-Economics" TASS-a istinadən xəbər verir ki, bu barədə messencerin rəhbərliyi öz "Twitter" hesabında məlumat yayıb.
""WhatsApp" və "Facebook" şəxsi mesajlarınızı görmür və zəngləri dinləmir. "WhatsApp" kimin mesaj yazıb, kimə zəng etdiyini izləmir. "WhatsApp" əlaqə siyahınızı "Facebook" ilə paylaşmır. "WhatsApp"dakı qrup söhbətləri gizli qalır", - məlumatda deyilir.
Bundan əvvəl "WhatsApp" istifadəçi müqaviləsini yeniləyərək bu messencerdən istifadə edən hər kəsi "Facebook"la məlumat paylaşmağı məcbur edib. Xüsusilə şirkət telefon nömrələri, əməliyyatlar və istifadəçilərin IP ünvanları haqqında məlumat yığacaq.

Oxşar yazılar

Mütəxəssislərdən etiraf: “Yüksək zəkalı sistemi idarə edə bilməyəcəyik”
16 yanvar 2021 , 19:48
Bu da uçan maşın - VİDEO
15 yanvar 2021 , 19:46
Təcili smartfonunuzdan silin: əks halda
15 yanvar 2021 , 19:32
Dünyanın ən uzun kanat yolu açıldı
15 yanvar 2021 , 18:51
“Telegram”da son bir həftədə qeydiyyatdan keçən prezidentlər
15 yanvar 2021 , 17:12
Smartfonlarda yeni nəsil BARMAQ İZİ TEXNOLOGİYASI
15 yanvar 2021 , 10:21
Smartfonların qənimi olacaq SMART EYNƏKLƏR
14 yanvar 2021 , 19:52
“Telegram”ın yaradıcısı “Facebook”un SİRRİNİ AÇDI
14 yanvar 2021 , 15:12