"Whatsapp"a   çox maraqlı funksiyalar gəlir
30 may 2023 11:55 (UTC +04:00)

"Whatsapp"a çox maraqlı funksiyalar gəlir

 Whatsapp yaxın zamanda Microsoft Teams və Zoom kimi digər video əlaqə servislərində olan maraqlı funksiyanı əldə edəcək. Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, söhbət, istifadəçinin real zaman ərzində öz cihazının ekranının həmsöhbətdə olan şəxslərə sərgiləyə bilməsi imkanından gedir. Bu yeni funksiya messencerin 2.23.11.19 nömrəli beta versiyasında aşkar edilib. Onun vasitəsilə istifadəçi öz smartfonunun ekranında əks olunanı messencer daxilində çat iştirakçılarına sərgiləyə bilər.

Ekranda əks olunanı çat iştirakçılarına sərgiləməmişdən öncə Whatsapp istifadəçidən icazə istəyəcək. Bu funksiya hansısa sənədin və ya kontentin bütün çat iştirakçılarına göndərmədən onun çat iştirakçılarına sərgilənməsi üçün faydalı ola bilər. Bununla yanaşı təqdim edilmiş screenshot fotoya əsasən çat iştirakçıları səgilənən kontenti video formatında özlərində saxlaya biləcəklər. Funksiyanın stabil Whatsapp versiyasında nə zaman istifadəyə veriləcəyi bilinmir.

# 10275
avatar

Oxşar yazılar