“Twitter"in xalis gəliri nə qədərdir?
23 iyul 2021 18:10 (UTC +04:00)

“Twitter"in xalis gəliri nə qədərdir?

“Twitter Inc.” mikrobloqlar xidmətinin cari ilin birinci yarımili üzrə xalis gəliri 133,654 milyon ABŞ dolları təşkil edib.

Lent.az-ın 24News.ge saytına istinadən xəbər verir ki, şirkətin mədaxili illik ifadədə 1,5 dəfə artaraq 2,226 milyard ABŞ dollarına çatıb.

İlin üçüncü rübü üçün ümumi mədaxilin 1,22-1,3 milyard ABŞ dolları, əməliyyat məsrəflərinin 50 milyon ABŞ dollarınadək olacağı gözlənilir. İlin yekunlarına görə əsas xərclərin 900-950 milyon ABŞ dolları olacağı proqnozlaşdırılır.

Xatırladaq ki, ABŞ-ın “Twitter Inc.” şirkətinin əsası 2006-cı ildə qoyulub. Şirkətin əsas məhsulu qısa ismarışların mübadilə edildiyi sosial şəbəkədir. Şirkətin mənzil-qərargahı Kaliforniya ştatının San-Fransisko şəhərində yerləşir.

Sevinc Fərid

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2757
avatar

Oxşar yazılar