“Twitter”də tvitlərin oxunma sayına məhdudiyyət
02 iyul 2023 01:56 (UTC +04:00)

“Twitter”də tvitlərin oxunma sayına məhdudiyyət

“Twitter”in rəhbəri İlon Mask bildirib ki, istifadəçilərin gün ərzində oxuya biləcəyi tvitlərin sayına məhdudiyyət qoyulub.

Lent.az xarici KİV-lərə istinadla xəbər verir ki, Mask təsdiqlənmiş hesabların gündə 6000, təsdiqlənməmiş hesabların 600, yeni olan və təsdiqlənməmiş hesabların isə gündə 300 mesaj oxuya biləcəyini açıqlayıb. Bu açıqlamadan bir saat sonra Mask limitin müvafiq olaraq 8000, 800 və 400 tvitə qədər artırıldığını elan edib.

Onun sözlərinə görə, məhdudiyyətlər “məlumatların toplanması və sistemin manipulyasiyasının son dərəcə yüksək səviyyədə olması” səbəbindən tətbiq edilib.

# 2742
avatar

Oxşar yazılar