“Twitter"də istədiyiniz qədər mesaj  göndərə bilməyəcəksiz - LİMİT
14 iyun 2023 11:22 (UTC +04:00)

“Twitter"də istədiyiniz qədər mesaj göndərə bilməyəcəksiz - LİMİT

Məşhur sosial platformalardan biri olan “Twitter" mesajlara limit tətbiq etməyə hazırlaşır. 

Lent.az xəbər verir ki, tətbiq edilən bu yeni funksiya üçün istifadəçilər “Twitter Blue” özəlliyini almağa məcbur olacaq. 

Belə ki, , “Twitter Blue” abunəçisi olmayan istifadəçilər “Twitter”də istədikləri qədər mesaj göndərə bilməyəcəklər. Sosial şəbəkədə göndərilən hər bir mesaj sayğaca qoşulacaq. Əgər limit keçirilərsə, həmin gün yenidən mesaj göndərmək mümkün olmayacaq. 

Məlumata görə, istifadəçilər mesaj yazarkən limitlə bağlı xüsusi bildiriş alacaqlar. Bildirişdə limiti keçdiyiniz və artıq mesaj göndər bilməyəcəyiniz bağlı informasiya qeyd olunacaq. Bu limiti ləğv etmək istəyənlər isə “Twitter Blue” funksiyasına abunə olmalıdır. 

Hazırda yeni özəllik üzərində işlənilir. Onun nə zaman istifadəyə verilməsi ilə bağlı dəqiq məlumat yoxdur. 


 

# 1725
avatar

Oxşar yazılar