“Twitter” sosial şəbəkəsi maksimum mesaj ölçüsünü 10 000 simvola qədər artırıb.
Lent.az xəbər verir ki, bu barədə “Twitter Write” səhifəsində məlumat verilib.
Həmçinin “Twitter Blue” abunəsi altında şrift formatı təqdim edilib.
“Biz “Twitter”də yazmaq və oxumaq təcrübəsini təkmilləşdiririk. Bu gündən etibarən “Twitter” mətni qalın və ya kursivlə formatlamaq imkanı ilə 10.000 simvola qədər olan mesajları dəstəkləyir”, - deyə yazıda qeyd olunub.
Bu funksiyalara daxil olmaq üçün ödənişli “Twitter Blue” abunəliyinə sahib olmalısınız.
Əvvəllər “Twitter”də mesaj maksimum 4000 simvoldan ibarət idi.