"Toyota"nın baş ofisində ƏMƏLİYYAT:  bu nöqsanlara görə...
04 iyun 2024 14:16 (UTC +04:00)

"Toyota"nın baş ofisində ƏMƏLİYYAT: bu nöqsanlara görə...

Yaponiyanın İctimai Torpaqlar, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyi avtomobil məlumatlarının saxtalaşdırılması səbəbindən Yaponiyanın ən böyük avtomobil konserni olan “Toyota”nın baş ofisində axtarışlara başlayıb.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Yaponiya Nəqliyyat Nazirliyi bundan bir gün əvvəl bildirib ki, mövcud məlumatlara əsasən, “Toyota”da avtomobillə toqquşma zamanı piyadaların mühafizəsi sisteminin sınaq hesabatlarında saxta məlumatlar aşkar edilib. Bu sistem isə “Corolla Axio”, “Corolla Fielder” və “Yaris”lərdə quraşdırılıb.

Bundan əlavə, nazirlik “Mazda” və “Honda” ilə bağlı araşdırma aparmaq niyyətindədir. Qaydaları pozanlar arasında “Suzuki” və “Yamaha” brendlərinin də olduğu qeyd edilir.

Bu arada “Mazda”nın qəza testi məlumatlarını saxtalaşdırdığı aşkarlanıb. “Suzuki” artıq istehsalı dayandırılmış modelin əyləc sisteminin sınaqlarının nəticələri barədə yalan danışıb.

Avtomobil şirkətlərinin təftişləri “Toyota”nın Daihatsu adlı törəmə şirkəti ilə qəza-testlərin nəticələrini saxtalaşdıran və avtomobilin istismarının təhlükəsizliyinə təsir edən bir sıra digər qanun pozuntularına yol verən qalmaqaldan sonra başlayıb. Ümumilikdə onlarla modeli əhatə edən 170-dən çox qayda pozuntusu müəyyən edilib.

Qalmaqal nəticəsində “Toyota” brendi ilə satılan “Probox”, “Town Ace”, “Roomy” və “Pixis” modelləri də daxil olmaqla, bütün Daihatsu avtomobillərinin istehsalı dayandırılıb. Yaponiyada altı istehsal xətti də bağlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4041
avatar

Oxşar yazılar