“TikTok”u telefondan silməyənlər CƏRİMƏLƏNƏCƏK
15 aprel 2023 11:40 (UTC +04:00)

“TikTok”u telefondan silməyənlər CƏRİMƏLƏNƏCƏK

ABŞ-ın Montana ştatında “TikTok” qadağan edilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, ştat Nümayəndələr Palatasının üzvləri qanun layihəsinin lehinə 54 səs verib, 43 deputat isə qarşı çıxıb. Bu qərarla Montana “TikTok”u tamamilə qadağan edən ilk ştatdır. Ştat sakinləri “TikTok” tətbiqini onlayn mağazalardan silməsələr, onları cərimə gözləyir. Məlumatda bildirilir ki, hələlik dövlətin qadağanı necə tətbiq edəcəyi bəlli deyil.

İndi bu barədə Montana ştatının qubernatoru Qreq Gianfortenin qərarı gözlənilir. O, indiyə qədər qanun layihəsini imzalamaqla bağlı planlarını söyləməkdən imtina edib. Qubernatorun sözçüsü tərəfindən verilən açıqlamada o, Qanunverici orqanın göndərdiyi bütün qanun layihələrini “hərtərəfli nəzərdən keçirəcəyini” söylədi.

Gianforte, keçən il əyalət məmurlarına iş telefonlarında “TikTok”dan istifadəni qadağan edib. O zaman tətbiqin həssas hökumət məlumatları üçün “əhəmiyyətli risk” yaratdığını söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4986
avatar

Oxşar yazılar