"TikTok"da malların çatdırılması üçün proqram olacaq:  Sifarişlər...
27 iyul 2023 12:21 (UTC +04:00)

"TikTok"da malların çatdırılması üçün proqram olacaq: Sifarişlər...

“TikTok” malların satışı və çatdırılması proqramını işə salacaq.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, “TikTok” Çinli satıcılara bütün dünyada məhsul satmaqda kömək etmək üçün elektron ticarət proqramı yaradacaq.

Bildirilir ki, “TikTok” proqramı avqustda işə salmağı planlaşdırır. O, ilk olaraq ABŞ-dakı istehlakçılara rəsmi olaraq təqdim ediləcək.

ABŞ-da “Shein” və “PDD Holdings (PDD.O) Temu” kimi ticarət platformalarının uğurunu təkrarlamağa çalışan Çin qısa video platforması, Çindəki biznesmenlər üçün saxlamadan tutmuş çatdırılmaya qədər bir sıra xidmətlər təqdim edəcək.

“TikTok”un "tam xidməti" adlandırılan proqram artıq sınaqdan keçirilir. Tam xidmət proqramı Çindəki satıcıların ABŞ-da məhsul satmasını asanlaşdıracaq. Çünki “TikTok” onlara gömrük rəsmiləşdirilməsi, anbar və logistika kimi sahələrdə kömək edəcək.

Lakin hazırda platformasında bir çox markalı məhsul satan Amazondan (AMZN.O) fərqli olaraq, “TikTok” hazırda öz məhsullarını satmağı planlaşdırmır.

# 2301
avatar

Sevinc Fərid

Oxşar yazılar