Texnologiya nəhəngləri bəşəriyyət üçün təhlükə qorxusu fonunda güclü süni intellekt (AI) sistemlərinin təliminin dayandırılmasını təklif ediblər. Onlar potensial risklər barədə xəbərdarlıq edən açıq məktub imzalayıb və AI sistemlərinin inkişafı üzrə yarışın nəzarətdən çıxdığını bildiriblər.
Lent.az BBC telekanalına istinadla xəbər verir ki, tviterin rəhbəri İlon Mask da müəyyən bir səviyyədən yuxarı süni intellekt təlimlərinin ən azı altı ay dayandırılmasını istəyənlər sırasında yer alıb. Bundan başqa, “Apple” kompaniyasının həmtəsisçisi Stiv Voznyak və “DeepMind” sisteminin bəzi tədqiqatçıları da bu məktubu imzalayıblar.
“ChatGPT”nin arxasında duran “OpenAI” şirkəti bu yaxınlarda “GPT-4” proqramını buraxıb. Bu sistem ən müasir texnologiya, müşahidəçiləri şəkillərdəki obyektlər haqqında suallara cavab vermək kimi tapşırıqları yerinə yetirmək qabiliyyəti ilə dünyanı heyran edib. Həyatın Gələcəyi İnstitutundan gələn və korifeylər tərəfindən imzalanan məktubda inkişafın müvəqqəti olaraq bu səviyyədə dayandırılması təklif olunur və gələcəkdə daha inkişaf etmiş sistemlərin yarada biləcəyi risklər barədə xəbərdarlıq edilir. Texnologiya nəhəngləri bildirirlər ki, insanla rəqabət aparan zəkaya malik süni intellekt sistemləri cəmiyyət və bəşəriyyət üçün böyük risklər yarada bilər.