Telefonu şarj etməzdən  əvvəl bunu edin – Unutmayın
19 iyul 2023 10:56 (UTC +04:00)

Telefonu şarj etməzdən əvvəl bunu edin – Unutmayın

Telefonunuzun enerjisi az olan zaman adapteri qoşmağa tələsməyin.

Lent.az xəbər verir ki, bundan əvvəl vacib 3 qaydaya riayət etməlisiniz.

Həmin qaydaları təqdim edirik:

Telefon qabını çıxarın

Əgər telefonunuzun kabrosu varsa, batareyanın doldurulması zamanı onu mütləq çıxarmalısınız. Çünki həmin kabroya görə şarj olunan telefon daha da qızır. Və bu smartfon üçün ciddi ziyandır.

Smartfonu söndürün

Mobil telefonu daha sürətli doldurmaq üçün onu əvvəlcədən söndürmək məsləhətdir. Bu zaman fon prosesləri enerji sərf etməyəcək. Bu da tez və düzgün enerji doldurma prosesi yaradacaq. Əgər mobil cihazı söndürmək istəmirsinizsə, bu zaman onu təyyarə rejiminə qoyun.

Telefonun qoyulduğu səthi yoxlayın

Şarj olunan mobil cihazı qoymağı planlaşdırdığınız səthə diqqət etmək lazımdır. Telefonu qoyduğunuz sahə birbaşa günəş işığına məruz qalmamalıdır. Başqa sözlə, səth qızmamalıdır.

Bunlara əməl edilmədikdə doldurma prosesi həm uzun çəkə, həm də smartfonunuzda ciddi problemlər yarana bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4323
avatar

Sevinc Fərid

Oxşar yazılar