Telefonu dəyişdirmək istəyənlər bu “iPhone” modelini  seçməlidir
23 may 2023 09:09 (UTC +04:00)

Telefonu dəyişdirmək istəyənlər bu “iPhone” modelini seçməlidir

Mütəxəssislər illərdir “iPhone” istifadəçisi olanlara yeni İOS seçimi barəsində məsləhətlər verib. 

Lent.az xəbər verir ki, köhnə telefonunuzdan qurtulub, yeni yığcam bir smartfon istəyirsinizsə, “iPhone 13 mini” ən yaxşı seçimdir. 

Bu telefon həm də qiymətinə görə çox münasibdir. “iPhone 14” də məsləhət görülən cihazlar arasındadır. Amma o qiymət baxımından bir az bahalıdır. 

Bu “Apple” modeli aşağı qiymətə baxmayaraq, yaxşı kameraya və video çəkilişlərə malikdir. Həmçinin rahat erqonomikaya sahibdir Cihaz bel çantasının xarici cibinə mükəmməl şəkildə uyğunlaşır və A15 Bionic prosessoru sayəsində tətbiqlər olduqca tez işləyir.

Qeyd edək ki, “iPhone 13 mini” “The Verge” jurnalına görə 2022-ci ilin ən yaxşı telefonları siyahısına daxil edilib. 
 

# 2595
avatar

Sevinc Fərid

Oxşar yazılar