Bir çox insan öz mobil cihazını şalvarların arxa cibinə qoymağa vərdiş edib.
Lent.az xəbər verir ki, bu mobil cihazın zəif işləməsinə və ya hətta tam sıradan çıxmasına səbəb ola biləcək ciddi bir səhvdir.
Odur ki, əgər insanda belə bir vərdişiniz varsa, o zaman ondan əl çəkmək məsləhətdir.
Bəs, bunun nə kimi təhlükələri var?
Ən birinci təhlükə onun cibdən düşmə ehtimalıdır. Məsələn, paltar dəyişdirərkən istifadəçi heç bilmədən mobil cihazın düşməsinə səbəb ola bilər. Bu çox yayğın bir hadisədir.
Ekranın zədələnməsi riski
Əgər siz hər hansı bir yerdə oturacaqsınızsa, bu zaman telefonunuzun arxa cibdə olduğu yadınızdan çıxa bilər. Bu zaman smartfonun displeyinin ciddi şəkildə zədələnmə ehtimalı var. Bu zaman hətta ekran çatlaya da bilər.
Smartfonun deformasiya riski
İnsan gəzərkən cibində olan smartfonun korpusu daim bədənin formasını ala bilir. Belə bir vəziyyətdə cihazın daxili komponentləri zədələnir.