Telefondakı virusları yoxlamağın   asan yolu açıqlandı
26 aprel 2023 15:47 (UTC +04:00)

Telefondakı virusları yoxlamağın asan yolu açıqlandı

Smartfonlardakı virusları yoxlamağın asan yolu açıqlanıb. 

Lent.az xəbər verir ki, hər il Android telefonlarında viruslarının sayı artır. Buna görə də cihazınızı vaxtaşırı "zərərvericilərin" mövcudluğu baxımından yoxlamaq vacibdir.

Əslində telefonda virus olub-olmadığını müəyyən etməy kifayət qədər sadədir.

Viruslar şəxsi məlumatlarının oğurlanması riskindən tutmuş istifadəçinin nəzarətinə qədər telefonunuz üçün təhlükəlidir. Buna görə də, şübhəli bağlantıları izləməyin, etibarlı mənbələrdən proqramlar quraşdırın və daha yaxşısı, antivirus proqramlarından mütləq istifadə edin.

Android telefonlarında antivirus proqramları üçün böyük bir seçim var. Mütəxəssislər skan etmək üçün “Avast One” cihazlarından istifadə etməyi təklif edirlər. Bu proqramı pulsuz olaraq asanlıqla “Google Play” tətbiqindən endirə bilərsiniz. Lakin yükləmə zamanı sizə iki seçim təklif olunacaq. Bu zaman "Pulsuz versiya ilə davam et" düyməsini klikləyin. 

Daha sonra “Smart Scan”ı işə salın. Bu, qadcetinizi viruslara, eləcə də lazımsız fayllara və digər problemlərə qarşı yoxlayacaq. Bütün quraşdırılmış proqramlar, telefonunuzun yaddaşı skan ediləcək.

Bir neçə dəqiqədən sonra nəticəni görəcəksiniz. Hər şey qaydasındadırsa, mesajda heç bir təhdid aşkarlanmadığı bildirilir. Əks halda, onları silmək üçün ekrandakı təlimatlara əməl edin. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2499
avatar

Sevinc Fərid

Oxşar yazılar