"Süni zəkanın inkişafını məhdudlaşdırmaq mümkün deyil" - Bill Qeyts
06 aprel 2023 11:24 (UTC +04:00)

"Süni zəkanın inkişafını məhdudlaşdırmaq mümkün deyil" - Bill Qeyts

Microsoft şirkətinin təsisçisi və keçmiş CEO-su Bill Qeyts hesab edir ki, texnoloji inkişaf ilə mübarizə aparmaq və süni zəka texnologiyalarını məhdudlaşdırmaq mənasızdır. Bununla belə o düşünür ki, bunu hətta istədikdə belə reallaşdırmaq artıq mümkün deyil.

Lent.az xəbər verir ki, Reuters saytına müsahibəsi zamanı Qeyts bildirib ki, bu istiqamətdə texnologiyaların hazırlanmasını dayandırmaq çox çətindir. Söhbət əgər qlobal miqyasda gedirsə, bu, ümumiyyətlə mümkün deyil.

Buna görə də süni zəkanın bizim cəmiyyətimizi necə yaxşı vəziyyətə sala biləcəyini düşünmək üçün diqqət ayırmaq lazımdır. “Düşünmürəm ki, konkret bir qrupa müraciət vasitəsilə süni zəkanın inkişafını dayandırmaq mümkündür. Aydındır ki, bu texnologiyada böyük üstünlüklər var. Lakin biz riskləri də nəzərə almalıyıq” - deyə Bill Qeyts qeyd edib. Bill Qeyts çox zaman süni zəka barəsində müsbət fikirlər səsləndirir. Onun fikrincə bu istiqamətdə inkişaf təhsilin, qlobal səhiyyə sisteminin yaxşılaşdırılmasına şərait yaradacaq və iqlim problemini həll edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3294
avatar

Oxşar yazılar