Süni zəka tələbələrə belə yardım edəcək - Bill Qeyts danışır
27 aprel 2023 12:03 (UTC +04:00)

Süni zəka tələbələrə belə yardım edəcək - Bill Qeyts danışır

 Bill Qeyts San-Dieqoda keçirilmiş sammitdə çıxış edən zaman generativ süni zəka sistemləri barəsində yeni fikirlərini səsləndirib. O, neyron şəbəkələrin yaxın gələcəkləri və insanların bu mövzuda rollarından danışıb.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, onun sözlərinə əsasən ChatGPT kimi neyron şəbəkələri son aylar ərzində sürətlə inkişaf ediblər və hal hazırda onlar bəzi standart tapşırıqları insan səviyyəsində yerinə yetirə bilirlər. Bundan əlavə olaraq müasir çat-botlar sürətlə oxumağı və doğru şəkildə yazmağı öyrəniblər. Bu isə o deməkdir ki, neyron şəbəkələr yaxın gələcəkdə insanları da müəyyən şeylərə öyrədə biləcəklər.

    “Növbəti 18 ay ərzində süni zəka müəllimlərin yardımlarına gələcək və təhsil alanlara yazılı tapşırıqlar barəsində yardımçı ola biləcək. Bununla yanaşı süni zəka riyaziyyat barəsində də onlara yardımçı olacaq” - deyə Bill Gates qeyd edib. Bill Gates əbəs yerə öz çıxışı zamanı riyaziyyata toxunmayıb. Belə ki, neyron şəbəkələr hal hazırda riyazi əməliyyatların yerinə yetirilməsində müəyyən çətinliklər çəkirlər. Halbu ki, süni zəka texnologiyalarının yaradılmasında vacib rol oynayan faktorlardan biri də məhz riyaziyyatdır. Gates-in sözlərinə əsasən qəliz riyazi hesablamaların yerinə yetirilməsi üçün süni zəkaya əsaslandırma və məntiq kimi bacarıqları yeritmək lazım gələcək. Gates-in fikrincə bunun üçün müəyyən zaman lazım olsa da, 1.5-2 ildən sonra süni zəka bu mövzuda da nailiyyətlər əldə edə biləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2183

Oxşar yazılar

Paltaryuyan maşını pis qoxudan  və kifdən necə xilas etməli?

Paltaryuyan maşını pis qoxudan və kifdən necə xilas etməli?

5 may 2025 , 14:53
Smartfon çantada niyə qızır: SƏBƏB

Smartfon çantada niyə qızır: SƏBƏB

5 may 2025 , 12:52
Wi-Fi, haradasan?  Smartfonunuzun yoxa çıxan bağlantısının  sirri açılır

Wi-Fi, haradasan? Smartfonunuzun yoxa çıxan bağlantısının sirri açılır

5 may 2025 , 11:56
"Skype" fəaliyyətini dayandırdı

"Skype" fəaliyyətini dayandırdı

5 may 2025 , 10:54
“Skype” bağlanır – Yerinə bu proqram gələcək

“Skype” bağlanır – Yerinə bu proqram gələcək

5 may 2025 , 04:42
Bu xüsusi “Mustang” dan sadəcə 5 ədəddir - FOTO

Bu xüsusi “Mustang”dan sadəcə 5 ədəddir - FOTO

5 may 2025 , 02:04
“WhatsApp”da bir uğur - 3 milyardı ötdü

“WhatsApp”da bir uğur - 3 milyardı ötdü

5 may 2025 , 01:07
“Uber” robot taksilərə  keçir

“Uber” robot taksilərə keçir

3 may 2025 , 18:48