Süni zəka bu şəhərdə 800 min nəfəri işsiz qoya bilər
21 iyun 2023 13:20 (UTC +04:00)

Süni zəka bu şəhərdə 800 min nəfəri işsiz qoya bilər

Venturenix adlı şirkətin aparmış olduğu tədqiqata əsasən Honkonqun işçi qüvvəsinin 1/4 hissəsi növbəti 5 il ərzində ya işsiz qalacaq ya da məcbur şəkildə iş sahəsini dəyişməli olacaq.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, süni zəka sistemləri işçi qüvvəsinin 1/4 hissəsinin gördüyü işi öz öhdəsinə götürəcəklər. Bu isə 800 000 nəfər işçinin işsiz qalacağı və ya məcbur şəkildə iş sahəsini dəyişəcəyi deməkdir. Bəzi şirkətlərdə artıq işçilərdən ChatGPT və digər süni zəka sistemləri ilə çalışmaq tələb edilir. Aparılmış tədqiqatın nəticələrinə əsasən rəqəmsal texnologiyalara keçiddən ən çox məlumatların daxil edilməsi ilə məşğul olanlar, administrativ işçi heyətləri və müştərilərin dəstək xidmətlərinin əməkdaşları zərər görəcəklər.

Məhz bu iş yerləri yaxın illər  ərzində ixtisar ediləcək. Məlumatda qeyd edilib ki, süni zəka əsaslı texnologiyalar 800 000 nəfər işçiyə və ya Honkonqun ümumi işçi qüvvəsinin 25%-nə təsir göstərəcək.Süni zəka əsaslı tətbiqlərin müxtəlif sahələrə inteqrasiya edildiklərini nəzərə alsaq, sözügedən texnologiyalar hətta hüquqşünas və tərcüməçi kimi yüksək maaşlı peşələrin əməkdaşlarına da təsir göstərəcək. İllüstratorlar və kontent yaradıcıları da böyük ehtimal ilə süni zəka sistemləri ilə əvəz ediləcəklər.

Məlumata əsasən Honkonqun əksər şirkətləri daha öncə bu cür texnologiyalar ilə çalışmağı tələb etməmiş vəzifələrdə olan əməkdaşlarından ChatGPT ilə çalışmağı öyrənməyi tələb edirlər. “Süni zəka ilə çalışmaq və onu iş prosesinə yaxşı şəkildə inteqrasiya etmək bacarıqlarına sahib əməkdaşlar iş effektivliyini yüksəldəcək, daha yüksək əmək haqqı əldə edəcək və süni zəka texnologiyaları ilə çalışmaq bacarığına sahib olmayan əməkdaşlarla müqayisədə karyera irəliləyişi sərgiləyə biləcəklər” - deyə məlumatda qeyd edilib. 

# 2544
avatar

Oxşar yazılar