Alimlər süni intellekt milyonlarla insanın ölümünə səbəb olacaq yeni pandemiyaya yol aça biləcəyini açıqlayıb.
Lent.az “Dailystar”a istinadən xəbər verir ki, süni intellekt proqramları təcavüzkarlara virus yaratmaq üçün təlimatlarla giriş imkanı verə bilər.
Tanınmış professor süni intellektin planeti məhv etmək istəyənlərə təhlükəli xəstəliklərin yaradılması haqqında məlumat əldə edə biləcəyindən narahatlığını ifadə edib.
Massaçusets Texnologiya İnstitutunun Media Laboratoriyası (ABŞ) tərəfindən aparılan araşdırmaya görə, ChatGPT və FreedomGPT kimi süni intellektlər gələcəkdə ölümcül xəstəliklər yaratmaq üçün təlimat və tövsiyələrdən ibarət “böyük dil modellərinə” çıxış əldə etmə ehtimalı var. Bu, təhlükəli sporların, mikrobların əmələ gəlməsinə və müxtəlif pandemiyaların yaranmasına gətirib çıxara bilər.
Hesabatın həmmüəllifi, professor Kevin Esvelt qeyd edib ki, onların araşdırması göstərir ki, böyük dil modellərinin meydana çıxması ilə pandemiyaya səbəb ola bilən agentlər geniş şəkildə əlçatan olacaq.