Süni intellekt işinizi əlinizdən ALA BİLƏR
28 mart 2023 09:40 (UTC +04:00)

Süni intellekt işinizi əlinizdən ALA BİLƏR

ABŞ-da aparılan araşdırmalara görə, süni intellektə malik "chat botlar" 10 faizi insanı işsiz qoya bilər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ən çox bundan məlumat axını təmin edən peşələr təsirlənəcək.

"ChatGPT" pulsuz süni intellekt "chat botu"dur. Bu robot məqalələr yazmaqdan tutmuş pəhriz planları yaratmağa və istifadəçilərin iş üçün müraciət etməsinə qədər hər şeydə istifadə edilə bilər. "Chat bot"un Google axtarış sistemi kimi informasiyaya çıxışı kökündən dəyişəcəyi proqnozlaşdırılır.

ABŞ-ın Pensilvaniya Universiteti və "ChatGPT" chatbotunu hazırlayan şirkət araşdırma aparıb. Bu araşdırmaya görə, işçi qüvvəsinin 80%-i "chat bot"lardan mənfi təsirlənəcək. Bundan əlavə, işçilərin 19 faizi bu chatbotlar qarşısında vəzifələrinin 50 faizini itirə bilər.

Birinci mərhələdə ən çox zərəri yüksək gəlirli peşələr çəkəcək. Tədqiqat süni intellektin insanın bir işi yerinə yetirməsi üçün lazım olan vaxtı ən azı 50 faiz azalda bilib-bilmədiyini araşdırıb. Süni intellektin ən çox vaxta qənaət edəcəyi peşələr müəyyənləşib. Bu peşələr arasında riyaziyyatçılar, tərcüməçilər, hüquq katibləri, yazıçılar kimi informasiya xidməti işçiləri daha çox yer tuturdu. Bununla belə, dəmir yolu təmiri işçiləri, aşpazlar, mexaniklər, döşəkçilər, ət qablaşdıranlar və daş ustaları kimi daha az maaş alan peşələr təsirlənmədi.

Ən çox təsir edəcək biznes xətləri bunlardır: 

Şəxsi maliyyə məsləhətçiləri, sığortaçılar, informasiya prosessorları, jurnalistlər, tərcüməçilər, şairlər, mahnı müəllifləri və yaradıcı yazıçılar, patent lisenziyası üzrə ekspertlər, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislər, romançılar, riyaziyyatçılar, blokçeyn mühəndisləri, mühasiblər və auditorlar.

# 2214
avatar

Fidan İlqar

Oxşar yazılar