Smartfonlar üçün ən əlverişli ƏS müəyyən edilib
29 iyun 2023 10:39 (UTC +04:00)

Smartfonlar üçün ən əlverişli ƏS müəyyən edilib

Telefonlar üçün ən əlverişli əməliyyat sistemi təyin edilib.

Lent.az “Green Smartphones”a istinadən xəbər verir ki, Android iOS-dan daha intuitiv əməliyyat sistemi olduğu təsdiqlənib.

Agentliyin mütəxəssisləri Google axtarış sorğusunun statistikası əsasında istifadəçilər arasında hansı ƏS-nin daha intuitiv hesab edildiyini müəyyən ediblər. Müəlliflər müəyyən ediblər ki, orta hesabla “iPhone” sahibləri və iOS istifadəçiləri cihazın müəyyən xüsusiyyətlərini izah etmək üçün daha çox kömək istəyirlər.

Hesabatın müəllifləri ayda qadcetlərlə bağlı sorğuların sayını da təhlil ediblər. Məlum olub ki, məsələn, "ekranı necə açmaq olar" sualını Android smartfon istifadəçiləri 24 min dəfə, iOS - 84 min dəfə axtarış ediblər.

Məlumata görə, Android-in iOS-dan təxminən 58 faiz daha rahat olduğu qənaətinə gəlinib. Eyni zamanda, Android sahibləri tez-tez ekosistemin əsas üstünlüyü kimi yüksək çevikliyə, “iPhone” istifadəçiləri isə daha tez yeniləmələrə üstünlük verdiyi ortaya çıxıb.

# 2043
avatar

Sevinc Fərid

Oxşar yazılar