Çexiyanın avtomobil istehsalçısı “Skoda” ilk dəfə olaraq yeni nəsil “Superb” və “Kodiaq” avtomobillərini nümayiş etdirib.
Lent.az xəbər verir ki, yeni maşınlar daha da təhlükəsiz və qabaqcıl texnologiyalarla təchiz olunacaq.
Maşınların satışa payız aylarında çıxarılacağı gözlənilir. “Superb” yüksək səviyyədə rahatlığı ilə seçiləcək. “Kodiaq” isə benzin və dizel mühərrikləri, hibrid güc aqreqatlarına malik olacaq.
Bildirilir ki, “Kodiaq” brendin tarixində ən uğurlu krossoverlərdən biridir. 2016-cı ildən bəri o 740 mindən çox satılıb.