JBL daxili displeyli simsiz qulaqlıqlarını elan edib.
Lent.az xəbər verir ki, bu barədə “The Verge” məlumat yayıb.
“Tour Pro 2” qulaqcığı bazarda şarj qutusuna quraşdırılmış ekranı olan ilk qulaqlıqdır. Sensorlu ekrandan istifadə edərək siz smartfonu cibinizdən çıxarmadan oxutmaya nəzarət edə, zənglərə cavab verə, proqramlardan bildirişlər ala bilərsiniz.
Qulaqlıq 10 mm-lik drayverlərlə də təchiz olunub. “Bluetooth” 5.3 LE-ni dəstəkləyir, aktiv səs-küyün azaldılması funksiyasına malikdir. JBL mühəndislərinin ixtira etdiyi cihaz nəmdən qorunma alıb, qulaqlıqlarda silikon var.
Qulaqlıqlar öz qabından kənarda 10 saatla, korpusla birlikdə 40 saata qədər işləyə bilir. JBL Tour Pro 2-nin qiyməti 249 avro və ya təxminən 15 min rubl təşkil edir.