“Samsung”un özəl çipi digər smartfonlar üçün əlçatan olacaq.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, “Samsung Snapdragon 8 Gen 2” prosessoru əsasında smartfonlar istehsal etmək üçün özəl lisenziya ləğv olunacaq.
Ekspertlərin sözlərinə görə, yaxın vaxtlarda digər smartfon istehsalçıları “Qualcomm Snapdragon 8 Gen 2” prosessoru əsasında qurğuların istehsalına başlayacaqlar.
Xüsusi olaraq “Galaxy” smartfonları üçün qorunan “Snapdragon 8 Gen 2” daha yüksək saat sürətlərini və “overclock” edilmiş qrafikləri dəstəkləməklə adi “Snapdragon 8 Gen 2” prosessorundan xeyli fərqlənir. Çip və qrafik sisteminin məhsuldarlığı müvafiq olaraq beş və altı faiz yüksəkdir. Son vaxtlara qədər prosessora yalnız “Samsung” cihazlarına çıxışı var idi.
Amma artıq“Snapdragon 8 Gen 2” əsasında qurğular "ASUS", "OnePlus" və "Xiaomi" tərəfindən istifadə ediləcəyi güman edilir.