“Samsung Galaxy S24” bazarda “ən ağıllı” smartfon olacaq
26 oktyabr 2023 11:41 (UTC +04:00)

“Samsung Galaxy S24” bazarda “ən ağıllı” smartfon olacaq

“Samsung”un növbəti nəsil flaqmanlarının təqdimatı 2024-cü ilin əvvəlində gözlənilir.

Lent.az xəbər verir ki, yeni “Galaxy S24” flaqmanlarında süni intellektə (AI) böyük işlər görəcəyi ehtimal olunur. Hətta “Google”un Pixel 8 modelində təklif etdiyi rəqibləri də üstələyəcək.

"SamMobile" portalının məlumatına görə, "Galaxy S24" seriyalı modellər birbaşa ChatGPT və Google Bard-dan götürülmüş funksionallıq əldə edəcəklər. Məsələn, istifadəçi tərəfindən verilən bir neçə açar söz əsasında məzmun və hekayələr yaratmaq imkanı olacaq. 

“Samsung”un özü tərəfindən hazırlanmış xüsusi süni intellektə əsaslanan xüsusiyyətlər də olacaq. Bəzi imkanlar onlayn, bəziləri isə oflayn olmalıdır. Məsələn, telefonlar mətn təsvirləri əsasında şəkillər yaratmaq üçün daxili qabiliyyətə malik olacaq. Bundan əlavə, “Samsung” rəqibləri ilə ayaqlaşmaq üçün “Bixby” rəqəmsal köməkçisini təkmilləşdirməyə çalışacaq. 

Həmçinin bildirilir ki, istehsalçı gələn il 440 meqapiksellik rekord təsvir ölçülü kamera sensoru buraxmağı planlaşdırır. İlk belə kameranın “Galaxy S25 Ultra”da əldə olunacağı ehtimal olunur. 


 

# 11391
avatar

Sevinc Fərid

Oxşar yazılar