Robot suallara həkimlərdən daha səlis cavab verdi
01 may 2023 02:04 (UTC +04:00)

Robot suallara həkimlərdən daha səlis cavab verdi

süni intellekt robotu “ChatGPT” suallara həkimlərdən daha səlis cavab verir və xəstələrə daha həssaslıqla yanaşır.

Lent.az “Daily Mail” nəşrinə istinadla xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatının San-Dieqo Universitetində aparılan araşdırma zamanı sağlamlıqla bağlı konkret suallara həkimlərin və süni intellekt robotu “ChatGPT”nin cavabları müqayisə edilib. Səhiyyə mütəxəssislərindən ibarət heyət robotun suallarının 79 faizini məqbul hesab edib və onların daha səlis olması barədə rəy verib. Qeyd edək ki, mütəxəssislər əvvəlcədən cavabların həkimlərə və ya “ChatGPT”yə məxsus olduğunu bilmirdi. Universitetin tədqiqat qrupu təxminən 452 min nəfərin səhhəti ilə bağlı problemlərini qəbul edən və onlara tövsiyələr verən “AskDocs” proqramını təhlil edib. Daha sonra seçilmiş bir həkimin xəstə ilə sorğu-sualı seçilib. Həmin sual “ChatGPT”yə də verilib və ondan bir cavab yazması xahiş olunub.

Üç həkimdən ibarət olan heyət bütün məlumatları öyrənib və cavablardan hansı birinin həkimə, yaxud süni intellekt robotuna aid olduğuna əmin olmayıb. Sonra məlum olub ki, “ChatGPT” suallara daha dolğun, müfəssəl və dəqiq cavab verib. Eyni zamanda, o, xəstə ilə çox nəvazişlə davranıb.

Böyük Britaniyadakı Bath Universitetinin professoru Ceyms Davenport araşdırma ilə bağlı söyləyib ki, süni intellekt robotunun cavabı həkimlərə nisbətən dörd dəfə ətraflı olub.

Alimlər “ChatGPT”nin həkimləri əvəz edəcəyini iddia etməsə də, süni intellektin onlara necə kömək edəcəyi barədə əlavə tədqiqatın aparılmasını zəruri hesab edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3357

Oxşar yazılar

Paltaryuyan maşını pis qoxudan  və kifdən necə xilas etməli?

Paltaryuyan maşını pis qoxudan və kifdən necə xilas etməli?

5 may 2025 , 14:53
Smartfon çantada niyə qızır: SƏBƏB

Smartfon çantada niyə qızır: SƏBƏB

5 may 2025 , 12:52
Wi-Fi, haradasan?  Smartfonunuzun yoxa çıxan bağlantısının  sirri açılır

Wi-Fi, haradasan? Smartfonunuzun yoxa çıxan bağlantısının sirri açılır

5 may 2025 , 11:56
"Skype" fəaliyyətini dayandırdı

"Skype" fəaliyyətini dayandırdı

5 may 2025 , 10:54
“Skype” bağlanır – Yerinə bu proqram gələcək

“Skype” bağlanır – Yerinə bu proqram gələcək

5 may 2025 , 04:42
Bu xüsusi “Mustang” dan sadəcə 5 ədəddir - FOTO

Bu xüsusi “Mustang”dan sadəcə 5 ədəddir - FOTO

5 may 2025 , 02:04
“WhatsApp”da bir uğur - 3 milyardı ötdü

“WhatsApp”da bir uğur - 3 milyardı ötdü

5 may 2025 , 01:07
“Uber” robot taksilərə  keçir

“Uber” robot taksilərə keçir

3 may 2025 , 18:48